30 sentyabr 2024, 13:00

Xədicə Zeynalovadan, Almaniya

Hörmətli cənab Prezident.

Bu günlərdə Bakı şəhərində keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirakım mənə qürur, sevinc hissləri yaşatdı. Forumda müxtəlif ölkələrdən gəlmiş alimlər fikir mübadiləsi etmiş, gələcəkdə elm sahəsində görüləcək işlər müzakirə olunmuşdur.

Yüksək səviyyədə təşkil edilmiş və müxtəlif ölkələrdə çalışan alimimizin bir araya toplandığı bir tədbirə ev sahibliyi etmək Vətənimiz adına olduqca qürurvericidir. Sizin şəxsən belə bir Foruma xüsusi dəstəyiniz və qayğınız isə bizlərdə gələcəyimizə olan inamı bir daha möhkəmləndirdi.

Mən bir gənc alim olaraq, Sizə Azərbaycan elminə göstərdiyiniz diqqət və qayğıya görə öz dərin təşəkkürümü bildirmək istəyirəm.

Qeyd etmək istəyirəm ki, xaricdə yaşayan gənc azərbaycanlı alim kimi əldə etdiyim bilik və bacarıqlarımı öz ölkəmdə bölüşməyə hər an hazıram.

Hörmətlə,

Zeynalova Xədicə, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Almaniyada “Bridge of Sound” ansamblının və “Harmony of Sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəri.

Almaniya Federativ Respublikası.