19 sentyabr 2024, 13:37

Əlixan Abdullayevdən, Moskva, Rusiya

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycan xalqının rifahı naminə gördüyünüz bütün işlərə, zəhmətinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Siz ölkəmizin suverenliyini bərpa etdiniz, Vətənimizi, əziz və gözəl Qarabağımızı bizə qaytardınız. Siz Azərbaycanı hər gün gözəlləşdirirsiniz!

Bakı dünyanın ən gözəl şəhəridir. Müasir, gözəl şəhərimizin görkəmində milli çalarların, adət-ənənələrin qorunub saxlanıldığını görmək hamımız üçün çox xoşdur.

Hər şey üçün təşəkkür edirik!

Allah Sizi qorusun!

Hörmətlə,

Abdullayev Əlixan Orxan oğlu.

Rusiya Federasiyası, Moskva şəhəri.