03 sentyabr 2024, 16:00

Könül Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin apardığınız siyasəti dəstəkləyərək, daim uğurlar diləyirəm. Ölkəmizdə apardığınız islahatlar və xarici siyasətdəki uğurlar, bir şəhid qızı və yaradıcı insan olaraq, mənim üçün qürurvericidir.

Sentyabrın 1-də keçirilmiş parlament seçkiləri dövlətimiz üçün çox önəmli bir hadisə idi. Mən də bu seçkilərdə həvəslə iştirak etdim. Seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsi Azərbaycanın hüquqi dövlət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi.

Var olun, uğurlarınız bol olsun, cənab Prezident.

Allah Sizi, dövlətimizi, xalqımızı qorusun.

Hörmətlə,

Könül Məmmədova, şəhid övladı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.