17 avqust 2024, 16:14

Zəminə Fərzəliyevadan, Ağsu, Azərbaycan

Salam cənab Prezident.

Mən şəhid anasıyam. Oğul itkisinə üzülsəm də, torpaqlarımızın azad edilməsi və şəhid ailələrinə göstərilən qayğı hər zaman mənə təsəlli olmuşdur. Öyünürəm və qürur duyuram ki, öz torpağı uğrunda canını fəda edən mərd övlad dünyaya gətirmişəm.

Sizin diqqət və qayğınızı hər zaman bizim ailə hiss edir. Digər oğlum kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Onun üzləşdiyi problemin həlli ilə əlaqədar qəbulda olmuşdum. Çox razıyam və təşəkkür edirəm ki, məni diqqətlə dinləyib lazımi kömək göstərdilər. Şəhid anasına qoyulan hörmət, ona verilən dəyər bütövlükdə Vətənə bəslənən məhəbbətdən irəli gəlir.

Allah ömrünüzü uzun etsin, cənab Prezident.

Hörmətlə,

Fərzəliyeva Zəminə,

Şəhid anası.

Azərbaycan Respublikası, Ağsu şəhəri.