17 avqust 2024, 14:30

Vasif Şirinovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz islahatlar bütün sahələr kimi, səhiyyə sisteminə də müsbət təsirini göstərmişdir. Bakı şəhəri ilə yanaşı, regionlarımızda müasir standartlara cavab verən yeni-yeni səhiyyə müəssisələri açılır.

Yaşadığım Şəki şəhərində də yeni nəsil texnoloji avadanlıqlarla təchiz olunmuş, həmçinin yaxşı həkimlərin, mütəxəssislərin çalışdıqları xəstəxanalar vətəndaşların sağlamlığının qorunmasına xidmət edir. Bütün bunlar onu göstərir ki, vətəndaş daim dövlətin diqqət mərkəzində dayanır.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram. Mən və ailəm hər zaman Sizinlə qürur duyuruq. Allah Sizi qorusun!

Hörmətlə,

Şirinov Vasif.

Azərbaycan Respublikası, Şəki şəhəri.