13 avqust 2024, 17:14

Qubanın Birinci Nügədi kəndinin və Almaz Qazmalar yaşayış massivinin sakinlərindən

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ əraziləri ilə yanaşı, ölkəmizin hər bir yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu titanik işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün keyfiyyətli yolların olması mühüm şərtdir.

Cənab Prezident, Ağçay üzərində yerləşən, Birinci Nügədi kəndini və Almaz Qazmalar yaşayış massivini rayon mərkəzi ilə birləşdirən yeganə körpünün inşası 2020-ci ilin avqustun 28-də tamamlanıb. Bildirmək istəyirik ki, kəndimizin beş sakini körpüdən keçərək 2020-ci ilin sentyabrın 27-də doğma Qarabağımızın erməni işğalından azad olunması üçün müharibəyə getmiş və hər biri həmin körpüdən keçərək yenidən evlərinə qayıtmışdır.

Möhtərəm Prezident, cari ildə körpünün təmir olunması zərurəti müəyyənləşmiş, aidiyyəti qurumlara etdiyimiz müraciət qısa müddət ərzində öz müsbət həllini tapmışdır. Uğurlu kadr siyasətinizin təcəssümü olaraq vətəndaş müraciətlərinə vaxtında və keyfiyyətlə baxıldığı üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Allahverdiyev Təvəkkül, Qarabağ müharibəsi veteranı

Qurbanov Ağası və başqaları (cəmi 11 nəfər).

Azərbaycan Respublikası, Quba rayonu, Birinci Nügədi kəndi.