14 avqust 2024, 13:31

Yaqut Şövkətovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Sizə, Mehriban xanıma və bütün ailə üzvlərinizə dərin məhəbbət bəsləyən sadə ölkə vətəndaşıyam

Odlar yurdu Azərbaycan Sizin rəhbərliyinizlə davamlı inkişaf edir və böyük qələbələrə imza atır. Sizin müdrik daxili və xarici siyasətiniz, qətiyyətli addımlarınız müsbət nəticələrini verir. Şükür Allaha, torpaqlarımız işğaldan azad edildi və indi orada sürətlə quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, bu gün ölkəmizin digər bölgələrində də tikinti-quruculuq işləri və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər uğurla davam etdirilməkdədir.

Bütün bunlar Sizə olan ümumxalq məhəbbətini daha da artırır. Sizə hər zaman uğurlar arzulayıram.

Hörmətlə,

Şövkətova Yaqut.

Azərbaycan Respublikası, Bakı şəhəri.