26 iyul 2024, 15:11

Tehran Məsimovdan, Oğuz, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin dünyanın siyasi arenasında fəaliyyətinizi heyranlıqla izləyir, fəxr edirəm. Ümummilli Lider Heydər Əliyevin başladığı şərəfli yolun layiqli davamçısı olaraq Sizin gərgin əməyiniz, cəsarətli addımlarınız sayəsində Azərbaycan bütün dünyada söz sahibinə çevrilmişdir. Mən də Sizin bir əsgəriniz olaraq Vətənimiz naminə hər bir fədakarlığa hazıram.

Öz evimdə Ulu Öndərlə bağlı guşə yaratmışam. Hər gün bu guşəyə baxır, Ulu Öndəri xatırlayır və onu xalqımıza bəxş etdiyinə görə Allaha şükür edirəm.

Ulu Tanrı yolunuza hər zaman işıq salsın, Sizi hifz etsin, cənab Prezident.

Hörmətlə,

Tehran Məsimov,

Sahibkar.

Azərbaycan Respublikası, Oğuz şəhəri.