25 iyul 2024, 15:58

Elməddin Yusibovdan, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Biz gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mən bir vətənpərvər gənc olaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Hazırda beynəlxalq turizm mərkəzi olan Naftalanda dövlət qulluqçusu kimi çalışıram.

Dövlətimizin inkişafında, eləcə də azad edilmiş torpaqlarımızda Sizin rəhbərliyinizlə görülən işlər insanda heyrət doğurur.

Xalqımıza, xüsusən gənclərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm. Biz Sizinlə qürur duyuruq.

Hörmətlə,

Yusibov Elməddin Elçin oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi.