25 iyul 2024, 14:00

Baxdilə Nəbiyevadan, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

İlk növbədə şəhidlərimizin qanını yerdə qoymadığınıza, torpaqları işğalçılardan azad etdiyinizə, qısa müddət ərzində xarabalıqları cənnətə çevirdiyinizə görə bütün şəhid ailələri adından Sizə təşəkkür edirəm.

Mən Laçına ilk köç başlayandan demək olar ki, hər ay bu gözəl diyara gəlirəm. Həyat yoldaşım Əli Nəbiyev Laçının ilk şəhidlərindəndir. Hər dəfə Laçına gələndə gördüyüm müsbət dəyişikliklər, yeniliklər məni heyrətləndirir. Laçın gündən-günə çiçəklənir. Viran qalmış bir şəhəri qısa bir zamanda cənnətə çevirdiyiniz üçün Sizə minnətdaram. Bununla yanaşı, hər zaman şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə də Sizə təşəkkür edir, cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Nəbiyeva Baxdilə Baxışalı qızı,

Şəhid ailəsi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.