24 iyul 2024, 18:00

Seymur Hacızadədən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün Azərbaycan xalqı kimi, bizim ailə də Sizə böyük ehtiram və dərin məhəbbət bəsləyir.

Sizin iştirak etdiyiniz konfrans və forumları, keçirdiyiniz çoxsaylı görüşləri daim izləyirik, hər dəfə qürur və fəxr hissi keçiririk. Müdrik sözləriniz, yerində səsləndirdiyiniz faktlar, uğurlu diplomatik və siyasi addımlarınız könlümüzü oxşayır. Nə xoş bizə ki, Sizin kimi Prezidentimiz var.

Var olun, Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Sizin rəhbərliyinizlə dövlətimizin və xalqımızın uğurlarını davam etdirəcəyinə əminik.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Allah atanıza qəni-qəni rəhmət etsin, Sizə uzun ömür, möhkəm cansağlığı versin.

Hörmətlə,

Hacızadə Seymur, özəl sektorun işçisi.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Xırxatala kəndi.