26 iyul 2024, 13:50

Nəsib Haqverdiyevdən, Tərtər, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Müharibə günlərində cəbhədən aldığımız qələbə xəbərlərinə necə sevinirdiksə, sonrakı dövrdə də çoxsaylı layihələrə start verilməsi və onların başa çatdırılması barədə məlumatları eyni fərəh və qürur hissləri ilə qarşılayırıq. Sizin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən dövlət əhəmiyyətli layihə və proqramlara, müxtəlif tədbirlərin görülməsinə birbaşa özünüzün rəhbərlik etməyiniz qısa müddətdə bu ərazilərdə əsl möcüzənin yaranmasına səbəb oldu.

Bu yaxınlarda Tərtərdən olan ağsaqqallarla birlikdə Şuşa və Laçında olarkən bu işlərin miqyasının böyüklüyü hamımızda heyrət doğurdu. Siz bizə tarixi torpaqlarımızı qaytarmış Sərkərdəsiniz.

Qısa müddət ərzində görülən böyük işlərin hamısı Sizin adınızla bağlıdır. Buna görə də Siz xalqımızın ürəyində əbədi sevgi qazanmısınız. Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Haqverdiyev Nəsib Ziyad oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Ağkənd kəndi.