24 iyul 2024, 13:13

Sənan Axundovdan, Naftalan, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Sizin uzaqgörən, müdrik siyasətinizlə uğurla davam etdirilir.

Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüzün və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

Gənclərə göstərilən qayğı onlarda Vətənə xidmətdə ən ülvi duyğular yaradır. Mən bir pedaqoq, gənc idmançı olaraq çox xoşbəxtəm ki, gənclərin yetişdirilməsində payım var.

Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Sizin müdrikliyiniz ölkəmizə parlaq günlər, xalqımıza xoşbəxtlik nəsib edəcək.

Hörmətlə,

Axundov Sənan Çingiz qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.