22 iyul 2024, 18:00

Ceyhun Rəhimovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti var. Sizin xarici ölkələrə səfərləriniz zamanı çox hörmətlə və böyük şəxsiyyət olaraq qarşılanmağınız bir vətəndaş kimi şəxsən məni çox sevindirir və qürurlandırır. Siz bu nüfuzu, hörməti, ehtiramı mühüm işlərinizlə, müdrikliyinizlə, həm Azərbaycan xalqının, həm də digər xalqların firavan yaşayışına verdiyiniz dəyərli töhfələrinizlə qazanmısınız.

Doğma Azərbaycanımızın Sizin kimi uzaqgörən Prezidentinin olması bizi– Rəhimovlar ailəsini də çox sevindirir.

Sizinlə qürur duyuruq, cənab Prezident. Allah Sizi qorusun.

Hörmətlə,

Rəhimov Ceyhun Faiq oğlu, 2-ci qrup Qarabağ müharibəsi qazisi.

Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi.