22 iyul 2024, 15:39

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yürütdüyünüz siyasəti hər zaman dəstəkləmişik. Çünki bu siyasət xalqımıza saysız-hesabsız uğurlar bəxş edir, Azərbaycanın nüfuzunu və qüdrətini daha da artırır.

Sizin aztəminatlı ailələrə, qazilərə, şəhid ailələrinə göstərdiyiniz qayğı hər zaman bizim üçün fəxr olub. Bu, əsl humanistliyin göstəricisidir. Biz qazaxlılar Sizi hər zaman dəstəkləyirik.

Mən bir gənc olaraq fəxr edirəm ki, azərbaycanlıyam.

Azərbaycan Respublikası Sizinlə və Mehriban xanımla çox güclüdür. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şərifov Fərid.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.