22 iyul 2024, 14:09

Azad Abbasovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

İşğaldan azad edilən ərazilərimizdə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, göz oxşayan şəhərlər, kəndlər, təməli qoyulan sənaye müəssisələri Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyindən xəbər verir.

Ağsaqqallar Şurasının bir qrup üzvü ilə Şuşa və Laçın şəhərlərini ziyarət etdik. Səfər zamanı olduqca qısa müddət ərzində görülən böyük işlərin şahidi olduq. Bu vaxtadək görülən işlərlə yanaşı, son dövrdə Sizin iştirakınızla mühüm sosial-infrastruktur obyektlərinin təməllərinin qoyulması, bir sıra açılışların baş verməsi bölgənin sürətlə dirçəldilməsi istiqamətində fasiləsiz işlərin görüldüyünü göstərir.

Cənab Prezident, bu möhtəşəm işlər Sizin uğurlu siyasətinizin, səriştəli rəhbərliyinizin, əzminizin sayəsində həyata keçib. Bütün bunlara görə rayonumuzun ağsaqqalları adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abbasov Azad.

Azərbaycan Respublikası, Tərtər rayonu.