18 iyul 2024, 14:08

Firuz Mustafayevdən, Qax, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirməklə çox böyük nailiyyətlər qazandınız, şanlı tarix yazdınız. Bu tarixin şahidləri olduğumuz üçün çox xoşbəxtik və daim Sizə minnətdarıq.

Sizin bölgələrimizin inkişafına ayırdığınız diqqət, verdiyiniz tapşırıqlar bütün sahələrdə öz nəticələrini göstərir. Qax rayonunun timsalında da görülən işlərin şahidi oluruq.

Bu günlərdə yaşadığımız küçədə abadlaşdırma işləri aparıldı, yeni işıq xətti çəkildi. Sakinlər görülən işləri böyük coşğu, sevinc hissləri ilə qarşıladılar.

Birinci Qarabağ müharibəsinin veteranı olaraq sakinlər adından Sizə minnətdarlıq bildirir, işlərinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Mustafayev Firuz.

Azərbaycan Respublikası, Qax rayonu.