17 iyul 2024, 17:28

Şahin Paşayevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu günlərdə Tərtər rayonundan olan ağsaqqallarla birlikdə Şuşa və Laçın şəhərlərinə səfər etdik.

Sizin sayənizdə işğaldan azad edilmiş tarixi torpaqlarımızda qısa zaman kəsiyində aparılan bərpa işləri, nəhəng layihələrin uğurla başa çatdırılması, onların hər birinin açılışında şəxsən iştirak etməniz Azərbaycan ictimaiyyətində xüsusi rəğbət, məmnuniyyət, fəxr və qürur hissi yaradır.

Görülən işləri heyrətlə izləyir, qürur duyur, fəxr hissi keçirirdik. Bu hisslərə görə Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Paşayev Şahin.

Azərbaycan Respublikası, Tərtər rayonu.