16 iyul 2024, 15:27

Zabil Zeynalovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən cəmi 4 il ötür. Yaşadığımız möhtəşəm Zəfər sevinci hələ də qəlblərimizi işıqlandırır. Dörd ildə görülən işlərin miqyası, həqiqətən, heyrətamizdir. Qarabağ tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr, şəhərlər tikilir.

Sizin sayənizdə Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Siz fəaliyyətiniz dövründə qarşıya qoyduğunuz bütün hədəflərə uğurla çatmısınız və ölkəmizi daim zirvələrə qaldırmısınız.

Siz Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlısınız. Qarabağın tezliklə cənnət məkana çevriləcəyinə heç kimin zərrə qədər də şübhəsi yoxdur. Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün göstəricisidir.

Bütün bunlara görə qürur hissi keçirir, bir ağsaqqal kimi Sizə təşəkkür edirəm.

Hörmətlə,

Zeynalov Zabil.

Azərbaycan Respublikası, Tərtər rayonu.