16 iyul 2024, 13:24

Şəddat Cəfərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin möhtəşəm rəhbərliyinizlə ardıcıl Qarabağ zəfərləri, Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuz və güc sahibi olması xalqımızın hər bir üzvü kimi, məni də qürurlandırır.

Prezident seçkiləri zamanı xalqın Sizi necə sevdiyini, Sizə necə güvəndiyini, əvəzsiz Liderin xalqın ürəyini necə əbədi fəth etdiyini bütün dünya gördü.

Siz hər zaman xalqın yanındasınız, bütün çıxışlarınızda xalqın istək və arzularını ifadə edirsiniz. Müharibə və əmək veteranları ilə görüşdə hər birimizlə ayrıca maraqlanmağınızı, gülərüz simanızı heç vaxt unutmaram. Həmin görüşdə özüm barədə dərc edilmiş “İlk poliqrafçı alim” kitabını Sizə təqdim etməkdən şərəf duydum, Sizin xoş münasibətinizdən duyğulandım.

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təmin olunmam Sizin tərəfinizdən poliqrafiya sahəsindəki xidmətlərimə və ədəbi-bədii yaradıcılığıma verilən böyük dəyərdir. Buna görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm. Mən bundan sonra da Sizin rəhbərliyinizlə Azərbaycanda yeni quruculuq işlərinə mənəvi dəstəyimi əsirgəməyəcək, yaradıcılığımla Vətənə xidmət edəcəyəm.

Sizə bir daha təşəkkür edir, Ulu Öndərin azərbaycançılıq ideyaları ilə nurlanan yolunuzda uğurlar diləyirəm.

Hörmətlə,

Cəfərov Şəddat,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın ilk poliqrafçı alimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.