08 iyul 2024, 14:43

Rəhman Nuğayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycan xalqı, ölkəmiz üçün gücə-gündüz çəkdiyiniz zəhmət, hər birimizə göstərdiyiniz qayğı hamımız tərəfindən yüksək qiymətləndirilir.

Tarixdə elə dühalar yetişib ki, onlara nəinki təmsil etdikləri xalqların taleyində, eləcə də dünya siyasətində olduqca böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi.

Siz də onun bu yolunu davam etdirərək müasir Azərbaycan tarixini yenidən yazdınız, müstəqil dövlətimizin dinamik inkişafını öz adınıza bağladınız. Azərbaycanın ən böyük milli sərvəti Heydər Əliyev dühası və Sizin müqayisəyə gəlməz siyasi və dövlətçilik təcrübənizdir.

Sizin dünya miqyasında qazandığınız böyük nüfuz hamımızı qürurlandırır. Siz xalqımızın güvən və inam xəzinəsiniz.

Ölkəmizi daim yeni-yeni zirvələrə, uğurlara apardığınız üçün Sizə minnətdarıq, cənab Prezident.

Allah Sizi qorusun, cənab Prezident. Dualarımız hər zaman Sizinlədir.

Hörmətlə,

Nuğayev Rəhman.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.