06 iyul 2024, 13:03

Alim Quliyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətiniz tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Sizin sayənizdə bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Ölkəmizin dünya arenasında güclü mövqeyə malik olması hamımızı qürurlandırır.

Siz xalqımızın taleyüklü məsələlərinin həllində qətiyyətli mövqeyinizlə hamımızın arzularını reallaşdırdınız. Siz xalqın sevgisini və dəstəyini qazanan, bizi qələbədən-qələbəyə aparan, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfəri bəxş edən Lidersiniz.

Hörmətli cənab Prezident, Sizə bütün sahələrdə əldə olunan inkişafa görə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzu edirik. Əminik ki, gələcək illərdə Azərbaycanımız Sizinlə daha da güclənəcək, çiçəklənəcək.

Hörmətlə,

Quliyev Alim.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.