04 iyul 2024, 12:27

Vüqar Abdullayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

İsmayıllı rayonunun Qərsələ kəndində sel sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlər görülərək kənd yolu bərpa və təmir olundu. Sizin bilavasitə nəzarətinizlə görülən bütün tədbirlər hər bir vətəndaşın dövlətin diqqət mərkəzində olduğunu göstərir. Düşdüyümüz çətinliklər dərhal aradan qaldırılır. Bu gün kənd yolunun təmiri və bərpasına görə Sizə kənd sakinləri olaraq təşəkkürümüzü bildiririk.

Qarabağda misilsiz qələbəmiz ölkəmizdə quruculuq və inkişaf üçün müstəsna imkanlar yaradıb. Bütün bunlar Sizin müdrik və ədalətli siyasətiniz nəticəsində mümkün olub. Ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər bir vətəndaş olaraq bizi də qürurlandırır. Biz Sizinlə fəxr edir və qürur duyuruq.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, dövlətimizin inkişafı naminə atdığınız hər addımda uğurlar arzulayırıq.

Hörmətlə,

Abdullayev Vüqar Əlövsət oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qərsələ kəndi.