02 iyul 2024, 13:44

Eltac Ağakişiyevdən, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident!

Siz Azərbaycana rəhbərlik etdiyiniz müddətdə ölkəmizdə saysız-hesabsız uğurlar əldə olunub.

Torpaqlarımızın işğaldan azad olunması xalqımızın zəfər tarixidir. Bu Zəfəri bizə yaşatdığınız üçün İkinci Qarabağ müharibəsinin iştirakçısı kimi Sizə minnətdaram.

Biz veteranlara göstərdiyiniz diqqət və qayğı daim göz önündədir. Qalib Ordunun qalib əsgəri olduğum üçün, məhz Sizin sərəncamlarınızla “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğuma görə fəxr edirəm.

Hörmətlə,

Ağakişiyev Eltac İsax oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.