29 iyun 2024, 15:00

Səba Osmanovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Birinci Qarabağ müharibəsində canını fəda edərək misilsiz şücaət göstərmiş qəhrəmanımız Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncamınızı dərin minnətdarlıq və sevinc hissi ilə qarşıladıq.

Tərəfinizdən Natiq Qasımovun adının əbədiləşdirilməsi gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olaraq qalacaq.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə hərbçi ailəsi olaraq öz təşəkkürümü bildirmək istəyirəm. Siz daim xalqın qayğısına qalan, hər bir vətəndaş üçün narahat olan Prezidentsiniz.

Allah Sizi daim var eləsin.

 

Hörmətlə,

Osmanova Səba Vüqar qızı,

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.