22 may 2024, 14:31

Aysel Qafarovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin müdrik siyasətiniz sayəsində ölkəmizin qazandığı uğurlar, Ali Baş Komandanlığınızla doğma torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordumuzun zəfərləri, düşmənlərimizə verilən layiqli cavablar bizə böyük qürur hissi yaşadır.

Azərbaycan bütün qonşu dövlətlərlə, Ermənistan istisna olmaqla, mehriban münasibətlərə, qarşılıqlı iqtisadi əlaqələrə malikdir və regional inkişafa çox mühüm töhfələr verir. Avropanın bir çox ölkələri Azərbaycanın həm iqtisadi köməyinə, həm də siyasi dəstəyinə ehtiyac duyur.

Şirvan şəhər sakini olaraq bütün şirvanlılar adından ölkəmiz üçün bu çətin və şərəfli xidmətinizdə Sizə daha böyük nailiyyətlər, əvəzolunmaz müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Aysel Qafarova

Azərbaycan Respublikası, Şirvan şəhəri.