22 may 2024, 11:44

Marif Abdurahmanovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz dünya ölkələrinin liderləri içərisində sayılıb-seçilirsiniz. Dərin zəkanız, “dəmir yumruğ”unuz, qəlbinizdəki humanist duyğular və ədalət prinsipləri Sizin mükəmməl liderliyinizi şərtləndirən əsas amillərdir. Bunların hamısı çox nadir hallarda bir insanda cəmlənir.

Bu gün hər bir vətənpərvər azərbaycanlı öz ölkəsi ilə haqlı olaraq fəxr edir, gələcəyə böyük inamla baxır. Sizin və müzəffər Ordumuzun sayəsində qalib dövlətin qalib vətəndaşlarıyıq.

Cənab Prezident, Vətənə sədaqətlə xidmət etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizə və ailə üzvlərinizə yar olsun. Sizinlə qürur duyuram!

Hörmətlə,

Marif Abdurahmanov

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.