21 may 2024, 11:14

Səadət Fəttahovadan, Abşeron, Azərbaycan

Çox hörmətli əziz Prezidentim.

Mən Azərbaycanın sadə bir vətəndaşı olaraq, Sizə çox minnətdaram.

Mayın 19-da Şuşada oldum. Oradakı təəssüratlarımı Sizə yazsam bir səhifəyə sığmaz. Ona görə sadəcə deyirəm: Cənab Prezidentim, oradakı quruculuq işlərinə, çox rahat yollara və hər şeyə görə çox sağ olun! Var olasınız, əziz və əvəzolunmaz Prezidentim.

Mən Qubadlı rayonundan keçmiş məcburi köçkünəm. Ümid edirəm ki, Sizin əzmkarlığınız sayəsində biz qubadlılar da tezliklə öz dədə-baba yurdumuza qayıdarıq və orada firavan həyat sürərik.

Hörmətlə,

Səadət Fəttahova

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.