20 may 2024, 13:45

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşünüzü və birgə iştirak etdiyiniz tədbirləri diqqətlə izlədim, Sizə təşəkkür edirəm ki, Azərbaycan və Belarus xalqları arasında dostluq münasibətlərinin inkişafı üçün mühüm xarici siyasət yeridirsiniz.

Sizin müdrik xarici siyasətiniz nəticəsində Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzu ildən-ilə güclənməkdədir. Sizin, dünyada dostluq münasibətlərinin və qarşılıqlı əlaqələrin inkişafı üçün apardığınız siyasət bir çox liderə nümunə olmalıdır.

Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Vüsal Hüseynov

Azərbaycan Respublikası, Göyçay şəhəri.