20 may 2024, 17:30

İlkin Cabbarovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Mən, Cəlilabad şəhərində yaşayıram. Rayonumuzda çiyələk əkini ilə məşğul oluram və becərdiyim məhsulu Rusiya bazarlarına çıxarmaqla yaxşı qazanc əldə edirəm.

Siz ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına böyük dəstək göstərirsiniz. Fermerlər bu dəstəkdən və onlar üçün yaradılan əlverişli şəraitdən yararlanaraq öz işlərini səmərəli qurur, ümumi mənafe üçün töhfə verməyə çalışırlar.

Hazırda Cəlilabadda əsl məhsul bayramıdır. Kimi kartof çıxarır, kimi çiyələk toplayır, kimi də noxud, mərci və digər məhsullar becərir. Bir sözlə, sayənizdə hamının evində “qazan qaynayır”, böyüklərin də, uşaqların da, elə biz fermerlərin də üzü gülür.

Buna görə Sizə minnətdarıq. Allah Sizi və ailənizi qorusun. Amin!

Hörmətlə,

İlkin Cabbarov,

Fermer.

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.