20 may 2024, 12:35

Təranə Vəliyevadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz!

Sizin həyata keçirdiyiniz müdrik siyasət, diplomatik səylər təkcə ölkəmiz üçün deyil, ümumilikdə region üçün öz müsbət nəticələrini verir və əminik ki, gələcəkdə də verəcəkdir.

Mən bir vətəndaş olaraq, Sizə minnətdaram.

Torpaqlarımızı düşməndən geri aldınız, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Qazax rayonunun kəndlərini qansız-qadasız işğaldan azad edib, xalqımıza qaytarmağınız Sizin növbəti zəfərinizdir.

Mən bir təhsil işçisi kimi özümü çox xoşbəxt hiss edirəm ki, Sizin tarixi nailiyyətlərinizi aşılamaq, bütöv Azərbaycanın tarixi inkişafından qürurla danışmaq mənə nəsib olmuşdur.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Vəliyeva Təranə Teymur qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.