15 may 2024, 15:17

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tələfinizdən imzalanan “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi tərəfindən böyük sevinclə qarşılandı. Burada çalışan və akademik sənətin incəliklərini geniş tamaşaçı auditoriyasına, o cümlədən, dünya arenasına təqdim edən zəhmətkeş sənət adamlarının əməyinə yüksək qiymət verdiyinizə görə Sizə ürəkdən minnətdarıq. Təqdim etdiyiniz mükafat hər bir sənət adamının göstərdiyi xidmətə verilən dəyərlə yanaşı, eyni zamanda, akademik incəsənətə dövlətimiz tərəfindən ayrılan diqqət və dəstəyin bariz nümunəsidir.

Sizin həyata keçirdiyiniz məqsədyönlü və uzaqgörən siyasət nəticəsində dövlətimiz həm döyüş meydanında, həm də diplomatik müstəvidə tarixi Qələbə qazanmışdır. Biz sənətçilər artıq bütöv Azərbaycanda öz yaradıcılıq fəaliyyətimizi davam etdiririk. 2023-cü ildə TÜRKSOY və 2024-cü ildə isə ICESCO-nun paytaxtı seçilən Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivallarında görkəmli sənətçilərimiz iştirak etmiş və milli mədəniyyətimizin təbliğinə öz töhfələrini vermişlər. Belə gözəl və firavan günləri bizə bəxş etdiyiniz üçün bütün kollektiv adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Şuşa şəhərində Sizin qeyd etdiyiniz kimi quruculuq işləri İkinci Qarabağ müharibəsindən dərhal sonra başlamışdır. Sizin sərəncamınızla doğma Qarabağ torpağında qələbəyə həsr olunan “Zəfər yolu” inşa edilmiş, məscidlər, məqbərələr, ev muzeyləri və digər tarixi abidələr bərpa olunaraq öz əzəli görkəminə qaytarılmışdır. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün heykəlləri, Vaqifin məqbərəsi Şuşa torpağında bərqərar olmuş, böyük Qələbəmizdən bugünədək Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidindən azan səsləri ucalmaqdadır. Bütün bunlar hər bir sənət adamını, bütövlükdə xalqımızı ürəkdən sevindirir.

Möhtərəm cənab Prezident, yaradıcı kollektivimizə göstərdiyiniz etimada, əməyimizə verilən yüksək qiymətə görə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Milli və dünya klassik sənətinin inkişafı, çiçəklənməsi və təbliğ olunması naminə bundan sonra da var qüvvəmizlə çalışacağıq.

Dərin hörmət və ehtiramla,

Yusif Eyvazov,

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti,

Mükafata layiq görülən sənətçilər:

Abbasova-Budaqova Afaq Nurəhməd qızı,

Adıgözəlov Yalçın Vasif oğlu,

Ağasiyev Tural Aydın oğlu,

Babayeva İnarə Əhməd qızı,

Bayramov Təyyar Allahverdi oğlu,

Bəylərov Nəzər Rəhman oğlu,

Cəfərov Samir Qadir oğlu,

Eyvazova Ayan Fuad qızı,

Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı,

Əliyev Fərid Fərhad oğlu,

Ferştandt Anton Sergeyeviç,

Həşimov Orxan İlqar oğlu,

Quliyev Əyyub Ramiz oğlu,

Quliyev Hafiz Məhərrəm oğlu,

Qurbanov Cahangir Qafar oğlu,

Məmmədova Fəridə Kamal qızı,

Mirzəyev Gülağası Ağa Hüseynoviç,

Nəzərov İlham İslam oğlu,

Oduşev Tinnur Vladislavoviç,

Poiadov Əkram Nicad oğlu,

Tağızadə Mahir Tahir oğlu,

Vahabzadə Səbinə Qulam qızı,

Yahyayev Taleh Saleh oğlu,

Zeynalov Azər Zeynalabdin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.