15 may 2024, 12:40

Rövşən Məmmədovdan, Tərtər, Azərbaycan

Cənab Prezident.

Mən və mənim ailəm Sizə dərin hörmət və məhəbbət bəsləyirik və hər zaman Sizi dəstəkləyirik.

Azərbaycanın bugünkü durumu ilə hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir. Sürətlə tərəqqi edən, qalib ölkənin vətəndaşı olmaq çox yaxşı hissdir. Xalqımızın və dövlətimizin qarşısında böyük sədd kimi dayanan Qarabağ problemini Sizin və Ordumuzun sayəsində həll etdik. İnşallah ölkəmizin gələcəyi daha parlaq, uğurlarımız daha da bol olacaqdır.

Allah Sizə uzun ömür versin, cənab Prezident.

Hörmətlə,

Məmmədov Rövşən.

Azərbaycan Respublikası, Tərtər şəhəri.