15 may 2024, 14:02

Elçin Əfəndidən, Bakı, Azərbaycan

Cənab Prezident.

İncəsənət xadimlərinə olan böyük diqqət və qayğınıza görə Sizə dərin təşəkkürümü bildirirəm. Məni növbəti dəfə Prezident mükafatına layiq bildiyiniz üçün Sizə “çox sağ olun!” deyirəm.

Bu gün milyonlarla azərbaycanlı kimi, mən də Sizinlə qürur duyuram. Siz xalqımızı böyük bəladan xilas etdiniz, torpaqlarımızın azadlığına və dövlətimizin tam suverenliyinə nail oldunuz.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Elçin Əfəndi,

Akademik Milli Dram Teatrının aktyoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.