14 may 2024, 14:20

Fərid Şərifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Otuz il düşmən tapdağında olan torpaqlarımız Ümummilli Liderimiz Heydər Əliyevin dərin siyasəti, miras qoyduğu uğurlu siyasi xəttin sayəsində işğaldan azad edildi. Sizin sayənizdə bu torpaqlar bu gün öz sakinlərini qəbul edir, Qarabağımızın hər guşəsi çiçəklənir.

Məhz dahi Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı.

Mən Ulu Öndər Heydər Əliyevə olan sevgimi öz şeirimlə ifadə etmək istəyirəm:

 

Vətənin dar günündə onun dadına çatdın,

Üçrəngli bayrağımı zirvələrə ucaltdın!

Yurdumuzun üstündən qovdun qara kölgəni,

Məhv olmaqdan qorudun, xilas etdin ölkəni!

Çiçəklənən ölkəmiz Gülüstana oxşayır,

Dünya durduqca əməllərin yaşayır!

 

Hörmətlə,

Şərifov Fərid Şərif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.