14 may 2024, 15:24

Yadigar Muradovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında imzaladığınız sərəncam dövlətimizin, şəxsən Sizin Azərbaycan mədəniyyətinə göstərdiyiniz yüksək diqqətin bariz nümunəsidir. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimovun və aparıcı səhnə ustası, Xalq artisti Şükufə Musayevanın da Prezident mükafatına layiq görülməsi bütün kollektivin əməyinə verilən ən ali dəyərdir.

Sizə öz adımdan, təltif olunanlar adından dərin təşəkkürümü bildirir, Şuşamızın, Qarabağımızın, Azərbaycanımızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar diləyirəm.

Dərin hörmətlə,

Yadigar Muradov,

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.