30 aprel 2024, 13:42

Xanım Əsədovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Odlar Yurdu Azərbaycan Sizin rəhbərliyinizlə davamlı inkişaf edir və böyük qələbələrə imza atır. Sizin müdrik, uzaqgörən daxili və xarici siyasətiniz, qətiyyət və prinsipiallığınız öz məntiqi nəticəsini verir. Şükür Allaha torpaqlarımız işğaldan azad edildi və indi orada sürətlə quruculuq işləri həyata keçirilir. Qarabağ, Şərqi Zəngəzur və digər bölgələrimizlə yanaşı, bu gün Gəncə şəhərində də tikinti-quruculuq işləri, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqəli işlər uğurla davam etdirilməkdədir.

Bu ayın əvvəlində şəhərimizə səfəriniz zamanı açılışını etdiyiniz Gəncə İdman Sarayı, təməlini qoyduğunuz şəhər stadionu, istifadəyə verilən və tikilməkdə olan digər sosial obyektlər bütün xalqımız kimi, gəncəlilərin də Sizin qayğınızla əhatə olunduğunu göstərir.

Gəncə şəhərinə son səfəriniz ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Biz gəncəlilər bütün bunlardan çox şadıq, Nizami yurduna göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Əsədova Xanım.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Məhsəti qəsəbəsi.