27 aprel 2024, 14:13

Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Üç saatdan artıq davam edən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Sizin iştirakınızı diqqətlə izlədim və bir daha qürurlandım. Siz forumda Qafqaz regionunun sabitliyi üçün ciddi mesajlar verdiniz və hər suala cavabınız Azərbaycanın siyasi maraqlarına uyğun oldu. Mən, siyasətlə maraqlanan bir insan kimi, Sizinlə qürur duyuram.

Forumda suallara çox ədalətli şəkildə cavab verməyiniz müdrik dövlət başçısı olduğunuzu bir daha nümayiş etdirdi. Azərbaycan xalqı məhz Sizin ədalətinizə, humanistliyinizə, qayğıkeşliyinizə, müdrikliyinizə sığınır. Xalqımıza göstərdiyiniz diqqət üçün Sizə təşəkkür edirəm.

Hörmətlə,

Vüsal Hüseynov.

Azərbaycan Respublikası, Göyçay şəhəri.