27 aprel 2024, 13:07

Elvira Əhmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin göstəriş və tövsiyələrinə uyğun olaraq aparılan işlərin nəticəsində şəhərimiz bu gün başdan-başa gözəl bir guşəyə çevrilmişdir. Sakinlər və şəhərimizin qonaqları yaşıllığı ilə göz oxşayan küçə və prospektləri gəzintiyə çıxmaqdan zövq alırlar.

Şəhərimizdə aparılan abadlıq işlərinin həcmi ildən-ilə genişlənir. Demək olar ki, şəhərin bütün ərazisində abadlıq işləri aparılır, yeni müasir məhəllələr salınır. Yolların, küçələrin asfaltlanması da diqqət mərkəzindədir. Şübhəsiz ki, bu işlər insanlar tərəfindən razılıqla qarşılanır.

Cənab Prezident, Gəncədə aparılan abadlıq və quruculuq işlərinə görə şəhərimizin sakinləri adından Sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Hörmətlə,

Əhmədova Elvira İsmayıl qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.