18 mart 2024, 18:00

Vahid Mahmudovdan, Laçın, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən, Laçın rayon sakiniyəm və rayonumuz vaxtilə işğal olunduğundan hazırda ailəmlə birlikdə Bakıda məskunlaşmışıq. Ömrümün ahıl çağındayam. Doğrusu bu illər ərzində Laçını bir daha görəcəyim ağlıma gəlmirdi. 31 ildən sonra Laçını ziyarət etdim və bəlkə də həyatımın ən gözəl günlərini yaşadım. Rayonda aparılan irimiqyaslı quruculuq işləri ürəyimizi dağa döndərdi. Laçın əvvəlkindən də gözəldir və yenidən cənnətə çevrilir.

Sizə yazmamaq, böyük minnətdarlıq hisslərimizi çatdırmamaq mümkün deyil. Rəhbərliyiniz altında Ordumuzun qazandığı cahanşümul qələbə hər bir azərbaycanlının həyatına Günəş kimi doğdu, ölkəmizdə yeni tarixi dövr başlatdı.

Azərbaycan xalqının yenidən etimad göstərərək Sizi Prezident seçməsi həm öz fəaliyyətinizə verilən ən yüksək qiymət, həm də böyük siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sədaqətinin nümunəsidir. Sizi ürəkdən təbrik edir və sonsuz minnətdarlığımı ifadə edirəm.

Hörmətlə,

Vahid Mahmudov,

Laçın rayon sakini

Azərbaycan Respublikası, Bakı şəhəri.