18 mart 2024, 16:43

Qamboy İbrahimov, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində xalqın mütləq səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi sidqi-ürəkdən təbrik edirəm.

Mən, Ağcabədi rayonunun din xadimi olaraq məscidimizdə Sizə və xalqımıza dualar edirəm. Allaha şükürlər olsun ki, doğma Qarabağımız düşmən tapdağından azad oldu. Ulu Tanrıdan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

Cənab Prezident, Sizə növbəti prezidentlik fəaliyyətiniz dövründə uğurlar arzulayıram. Uca ALLAH Sizi və Xalqımızı həmişə öz pənahında saxlasın!

Hörmətlə,

İbrahimov Qamboy Xasay oğlu, Ağcabədi rayon məscidinin din xadimi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.