18 mart 2024, 10:30

Teymur Muştaqov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da son illər ərzində tikinti-quruculuq və abadlıq işləri aparılmış, səliqə-sahman yaradılmışdır. Sizin göstərdiyiniz diqqət və qayğı nəticəsində Göyçayda yol infrastrukturu yenidən qurulmuş, küçələr abadlaşdırılmış, yeni parklar salınmışdır. Bütün bunlar Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğının təzahürüdür.

Siz xalqımızın xilaskarı, qalib Sərkərdəsisiniz, Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısısınız. Azərbaycan xalqı tariximizin ən şanlı və şərəfli günlərini Sizin sayənizdə yaşayır. Azərbaycanın günü-gündən çiçəklənməsi, sosial-iqtisadi inkişafı, əhalinin sosial rifah halının yüksəlməsi məhz Sizin yürütdüyünüz məqsədyönlü və uzaqgörən siyasətin məntiqi nəticəsidir.

Eyni zamanda, qeyd edək ki, son dövrlər vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahəsində də müsbət nəticələrin şahidiyik. Xüsusilə, vətəndaşların qəbulu indi daha səmərəli təşkil olunur.

Cənab Prezident, ölkəmizin tərəqqisi naminə görülən işlərə görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Teymur Muştaqov,

Ruslan Yusifov,

Mahirə Səbzəliyeva,

Fərid Kərimov,

Xəlil Xəlilov və başqaları (50 nəfər).

Azərbaycan Respublikası, Göyçay şəhəri.