16 mart 2024, 15:18

Ağarəhim Rəhimovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ailəm adından Sizi təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram.

Siz, Müzəffər Prezident kimi tarixə düşmüsünüz. Sizin prezidentlik dövrünüz Azərbaycan Respublikasının tarixində müstəsna dövr kimi qalacaqdır. Siz xalqın yurd həsrətinə son qoyan, Xocalı faciəsinin qisasını alan, Birinci Qarabağ müharibəsində şəhid olan oğullarımızın nigaran ruhlarına dinclik bəxş edən Lider kimi Azəraycan xalqının qəlbində əbədi yaşayacaqsınız.

Xalqımız üçün qazandığınız hər bir uğura görə Sizə minnətdarıq.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Ağarəhim Rəhimov,

şəhid qardaşı

Azərbaycan Respublikası, Kürdəmir şəhəri.