16 mart 2024, 13:50

İlkin Cavadovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkilərin nəticələri Azərbaycan xalqının Sizə sarsılmaz inam və etimadını, həmçinin güclü, təcrübəli dövlət xadimi, uzaqgörən siyasi xadim kimi qazandığınız nüfuzu bir daha nümayiş etdirdi.

Respublikamızda sosial, iqtisadi, siyasi, hərbi və digər sahələrdə Sizin rəhbərliyinizlə həyata keçirilmiş tədbirlər öz nəticələrini verdikcə insan qürur və fəxarət hissi duyur.

Yaşadığım Gəncə şəhəri bugünkü mənzərəsi ilə ürəyimizi açır. Şəhərimiz qədimliyi və müasirliyi özündə təcəssüm etdirməklə bərabər, səliqə-sahmanı ilə də diqqət çəkir. Gəncənin belə abad görkəm almasında, inkişaf etməsində Sizin əməyiniz böyükdür. Xüsusilə respublikamızda ilk dəfə olaraq Gəncədə ekoloji parkın yaradılması, Heydər Əliyev park-kompleksində, digər park və xiyabanlarda səliqə-sahmanın daim qorunması, şəhərimizdə küçələrin və məhəllədaxili yolların asfalt örtüyünün yenilənməsi, məktəblərin təmiri və yeni məktəblərin inşası, su-kanalizasiya sisteminin yenidən qurulması və dirə işlər istiqamətində atılan addımları dövlətimizin, şəxsən Sizin şəhərimizə göstərdiyiniz diqqət və qayğının nəticəsi kimi qiymətləndiririk. Şəhər stadionunun yenidən tikilməsi barədə verilmiş Sərəncam, eləcə də digər nəhəng idman saraylarında işlərin başa çatmaq üzrə olması da qürurverici nailiyyətlərdir. Gəncədə son vaxtlar görülən işlər adamı yaxşı mənada təəccübləndirir, şəhərimiz quruculuq meydanını xatırladır.

Bununla yanaşı, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, bu kateqoriyalardan olan vətəndaşların problemlərinin həllinə görə də Sizə minnətdarlığımızı bildirirəm.

Əziz Prezident, Sizin sayənizdə bu gün Azərbaycan bütövdür, güclüdür. Siz Azərbaycan xalqına qələbə sevinci yaşatmısınız. Qürur duyuruq ki, Sizin kimi dövlət başçımız, Müzəffər Ali Baş Komandamız var. Biz Sizi ömürlük Prezident görmək arzusundayıq.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Cavadov İlkin Elçin oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.