16 mart 2024, 11:35

Leyla Rzayevadan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident!

Xalqın mütləq əksəriyyətinin səs çoxluğunu toplayaraq növbəti dəfə dövlətimizin başçısı seçilməyiniz, həmçinin qarşıdan gələn Novruz bayramı münasibətilə Sizi təbrik edirəm.

Sizin gərgin əməyiniz sayəsində ölkəmizdə bütün sahələr inkişaf etmiş, dünyada Azərbaycanın nüfuzu artaraq söz sahiblərindən birinə çevrilmişdir. Məhz Sizin - Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Ordumuz 30 illik həsrətə son qoyaraq, ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar etmişdir.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar, nailiyyətlər gözləyir. Sizə uzun ömür, cansağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıram.

Hörmətlə,

Rzayeva Leyla

Azərbaycan Respublikası, Abşeron rayonu