15 mart 2024, 15:34

Nazilə İbadovadan, Abşeron, Azərbaycan

Salam cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Bu məktubum vasitəsilə mən Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin dövlətimiz və xalqımız üçün gördüyünüz işlər barədə nə qədər danışsaq, nə qədər yazsaq, hesab edirəm ki, yenə də azdır. Çünki bu işlər ölçüyəgəlməz, misilsizdir. Elə 23 saatlıq antiterror tədbirləri ilə 200 illik Qarabağ məsələsinin həll edilməsi və bu əzəli bölgəmizdə separatizmə son qoyulması nəyə desəniz dəyər.

Son illər ərzində bir çox peşə sahibləri ilə yanaşı, biz neftçilərin də sosial rifahı yaxşılaşmaqdadır. Bu, ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin nəticəsidir. İndi biz neftçilər xoş günlərimizi yaşayırıq.

Cənab Prezident, Sizə təşəkkür edirəm.

Hörmətlə,

İbadova Nazilə,

neftçi.

Azərbaycan Respublikası, Abşeron rayonu, Hökməli qəsəbəsi.