Ruhangiz Abdullayevadan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti dəfə prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Xalqımız Sizin gördüyünüz işləri yüksək qiymətləndirir. Bunu seçkilərin nəticəsində də gördük. Mütləq səs çoxluğu ilə inamlı qələbə qazanmağınız bunun bariz göstəricisidir.
Əziz Prezidentimiz, biz analar həmişə Sizin yanınızdayıq. Siz, hər bir azərbaycanlının Prezidenti olduğunuzu əməli addımlarınızla sübut etdiniz. Vətəndaşların problemləri ilə maraqlanır, diqqət və qayğı göstərirsiniz. Elin gözü tərəzidir. Xalqımız bunların hamısını görür.
Cənab Prezident, Sizə Uca Allahdan möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.
Ulu Tanrı yar və yardımçınız olsun!
Hörmətlə,
Ruhangiz Abdullayeva, əməkdar müəllim.
Azərbaycan Respublikası, Şəki şəhəri.