06 mart 2024, 16:30

Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə qəsəbə sakinləri adından ürəkdən təbrik edirik.

Titanik fəaliyyətiniz nəticəsində bölgədə yeni reallıqlar yaranmış, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir.

Sizin rəhbərliyinizlə ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Xalqımız növbəti dəfə Sizə böyük etimad göstərərək göstərdiyiniz misilsiz xidmətlərə ən böyük qiyməti verdi.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi.

Azərbaycan Respublikası, Qəbələ rayonu.