06 mart 2024, 15:08

Kifayət Ələkbərovadan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımız Sizi yenidən Prezident seçməklə, gördüyünüz bütün işlərə görə Sizə öz minnətdarlığını ifadə etmiş oldu.

Sizin rəhbərliyinizlə ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də aparılan islahatlar uğurla nəticələnmişdir. Müdrik siyasətiniz uşaqlarımızın əmin-amanlıq şəraitində yaşamalarına, təhsil almalarına, yeni nailiyyətlər əldə etmələrinə imkan yaradır.

Əminəm ki, hələ bizi qarşıda yeni nailiyyətlər gözləyir. Çünki parlaq zəkanız, müdrik siyasətiniz Azərbaycanı bütün sahələrdə daha da inkişaf etdirəcək, xalqımıza daha firavan gələcək bəxş edəcək.

Möhtərəm cənab Prezident, Sizə cansağlığı, uzun ömür, qarşıdakı illərdə də Azərbaycanımızın daha da inkişaf etməsi istiqamətində yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Kifayət Cavanşir qızı Ələkbərova, müəllim

Azərbaycan Respublikası, Saatlı rayonu, Nərimankənd kəndi.