06 mart 2024, 10:15

Sevda Qələndərovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu seçkidə Azərbaycan xalqı Sizə dəstəyini bir daha nümayiş etdirdi. Xalqımız daim Sizinlədir! “Biz birlikdə güclüyük!” şüarınız milli birliyimizin parlaq ifadəsidir.

Möhtərəm cənab Prezident, Vətənimiz və xalqımız qarşısındakı tarixi xidmətləriniz və ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlar yüksək idarəçilik qabiliyyətinizdən irəli gəlir. Azərbaycanın daha parlaq gələcəyi naminə şərəfli missiyanızda Sizə uğurlar arzulayıram!

Hörmətlə,

Sevda Qələndərova, “Həmrəylik” Dövlətçiliyin Təbliği İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.